Krımın Beynəlxalq Dostları Assosiasiyasının türk klubunun sədri, türkiyəli siyasətçi Ünver Sel Ukrayna lideri Vladimir Zelenskinin prezidentlik müddətinin tezliklə başa çatdığını açıqlayıb.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Ekspert əmindir ki, Rusiya ilə son ukraynalıya qədər döyüşmək Ukrayna xalqının və onun prezidentinin əsl istəyi deyil. Selin fikrincə, Zelenski Qərbin seçdiyi itaətkar ifaçıdır.

“ABŞ NATO-nun köməyi ilə Zelenskiyə və komandasına boş bir ümid verdi və onları özlərinə inandırdı. Lakin biz Zelenskiyə ayrılan vaxtın sonuna yaxınlaşırıq”, – deyə sədr bildirib.

Onun fikrincə, Ukrayna lideri daha ağıllı olsaydı, belə axmaq səhvə yol verməz və Rusiyaya münasibətdə düşmənin tərəfinə keçməzdi.

Bundan əvvəl Türkiyə Ukraynanı Krımı unutmağa çağırmışdı. Ukrayna hakimiyyəti yarımadanı həmişəlik unutmalı və onun mümkün qayıdışı ilə bağlı gözləntilərindən əl çəkməlidir.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA