Ukrayna silahlı qüvvələri LPR-nin Alçevsk şəhərinə kamikadze pilotsuz təyyarə ilə zərbə endirib. İlkin məlumatlara görə, əhali arasında ölən və xəsarət alan yoxdur.

Hücum martın 17-də səhər saatlarında baş verib.

"Dron yaşayış binasına hücum edib. Yanğın səkkizinci mərtəbədəki mənzilin eyvanında başlayıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. İki girişin sakinləri dərhal təxliyə edilib", - yerli administrasiyanın rəhbəri Albert Apşev öz Telegram kanalında bildirib.

 İlkin məlumatlara görə, evin 500 pəncərəsi və bəzi konstruksiya elementləri zədələnib. Partlayış nəticəsində uşaq bağçasının binasına da ziyan dəyib.

Şəhər təcili yardım xidmətləri bərpa işləri aparır. Voloqda vilayəti də Alçevsk sakinlərinə yardım göstərəcək.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA