Moldovanın paytaxtında polis Rusiya Federasiyasının prezidenti seçkilərində səsvermənin keçirildiyi Rusiya səfirliyinin həyətinə alışan qarışığı olan iki butulka atan təxribatçını saxlayıb.

Bu barədə “RİA Novosti” məlumat yayıb.

"Hadisənin bütün təfərrüatları dəqiqləşdirilir, şübhəli şəxs saxlanılıb, onun 40 yaşı olduğu məlum olub", - polisin mətbuat xidmətindən bildirilib.

"Səfirliyin həyətinə iki molotov kokteyli atılıb. Hücum edən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb", - səfirliyin mətbuat katibi Anatoli Loşakov bildirib.

O əlavə edib ki, hücum edən şəxs saxlanıldıqdan sonra seçki məntəqəsi fəaliyyətini bərpa edib.

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA