İsrail beynəlxalq təzyiqlərə tab gətirəcək və HƏMAS Qəzza zolağında məğlub olana qədər mübarizəni dayandırmayacaq.

Tezadlar.az xəbər verir ki, bu sözləri İsrail Nazirlər Kabinetinin həftəlik iclasını açan baş nazir Benyamin Netanyahu deyib.

“İstənilən halda biz təzyiqlərə tab gətirəcəyik və tam qələbəyə qədər mübarizəmizi davam etdirəcəyik”, - Netanyahu bildirib.

"Gəlin açıq deyək: müharibəni indi dayandırsaq, bütün məqsədlərinə çatmamış dayandırsaq, bu, İsrailin məğlub olması demək olacaq və biz buna imkan verməyəcəyik. Bu sadə həqiqəti dərk etmək yalnız təzyiqləri dəf etmək və sona qədər - tam qələbəyə qədər mübarizə aparmaq əzmini gücləndirir", - onun ofisi Baş nazirin açıqlamalarını yayıb.

"Buna görə də biz təzyiqlərə təslim olmamalıyıq. Və biz buna təslim olmayacağıq. Heç bir beynəlxalq təzyiq bizə müharibənin bütün məqsədlərinə çatmağa mane olmayacaq: HƏMAS-ı məhv etmək, bütün girovları azad etmək və Qəzza zolağına nəzarəti təmin etmək. Artıq İsrail üçün təhlükə yoxdur”, - Netanyahu davam edib.

"Beynəlxalq ictimaiyyətdə elələri var ki, hazırda, bütün məqsədlərə çatmamış müharibəni dayandırmağa çalışırlar. Onlar bunu İsrail ordusuna, İsrail hökumətinə və baş nazirə qarşı saxta ittihamlar irəli sürməklə edirlər. Onlar bunu edirlər. Bizi artıq indi müharibənin ortasında seçkilərə aparmağa çalışaraq, çünki bilirlər: seçkilər indi müharibəni dayandıracaq və ölkəni ən azı altı ay iflic vəziyyətinə salacaq”, - İsrailin baş naziri əlavə edib.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA