İsrail mülki əhalinin ərazidən çıxarılmasını təmin etdikdən sonra bir neçə həftə ərzində Qəzza zolağının cənubundakı Rəfahda əməliyyat keçirəcək.

Tezadlar.az xəbər verir ki, bu sözləri İsrail Nazirlər Kabinetinin həftəlik iclasını açan baş nazir Benyamin Netanyahu deyib.

"Rəfəhdə əməliyyat keçirəcəyik. Bir neçə həftə çəkəcək və bu baş verəcək", - Netanyahu bildirib.

“Hərbi təzyiq (Fələstin radikal hərəkatı) HƏMAS-ın qalan batalyonlarını məhv etmək və bütün girovları azad etmək üçün yeganə yoldur”, – onun ofisi baş nazirin bəyanatlarını yayıb.

"Biz Rəfahda əməliyyat planlarını, o cümlədən mülki əhalinin döyüş bölgəsindən təxliyəsi üçün addımları təsdiqləmişik", - Nazirlər Kabinetinin rəhbəri davam edib.

"Bu, hərbi əməliyyat ərəfəsində zəruri mərhələdir", - Netanyahu əlavə edib.

Martın 15-də ABŞ-ın dövlət katibi Antoni Blinken bildirib ki, Vaşinqton hələ də İsrailin Fələstinli mülki vətəndaşları Rəfahdan lazımi şəkildə evakuasiya etmək və onlara lazımi yardım göstərmək planlarını görməyib. Daha əvvəl Netanyahunun ofisi qeyd edib ki, İsrail ordusu əməliyyat tədbirləri görməyə və Rəfahda yerli əhalinin təxliyəsinə başlamağa hazırdır. Bir çox ölkələr, o cümlədən qonşu Misir, eləcə də beynəlxalq təşkilatlar İsraili dəfələrlə bu addımdan çəkinərək, bunun çoxlu sayda mülki insan tələfatına, səhiyyə sisteminin dağılmasına və  qaçqınların sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olacağından ehtiyat ediblər.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA