Litvanın xarici işlər naziri Qabrielius Landsberqis inanmır ki, Aİ-yə üzv dövlətlər Ukraynaya hərbi personal göndərməyə razı ola bilərlər.

Tezadlar.az bu barədə TASS-a istinadən xəbər verir.

“Mən inanmıram ki, qoşunların (Aİ ölkələrinin – RED.) Ukrayna ərazisinə yerləşdirilməsi ilə bağlı razılığa gəlmək mümkün olsun”, - o, Aİ xarici işlər nazirlərinin Brüsseldə növbəti görüşü başlamazdan əvvəl deyib.

Onun sözlərinə görə, Aİ daha az əhəmiyyətli mövzularda razılığa gələ bilmir.

Landsbergis daha əvvəl bildirmişdi ki, Qərb qoşunlarının Ukraynaya göndərilməsi məsələsini müzakirə etməyin vaxtı çatıb. “Söhbətə (qoşunların göndərilməsi haqqında - RED.) başlamaqla, biz özümüzə tətbiq etdiyimiz qırmızı xətləri ləğv edirik”, - o qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova cavabında Litvaya hakimiyyətin ölkə sərhədlərini ləğv edib-etmədiyini soruşub.

Telegram kanalında diplomat yazıb: "Litva yalnız qırmızı xətlər kimi sərhədlərə malikdir. Doğrudanmı onlar bunu özləri ləğv ediblər?"

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA