İsveçin alyansa daxil olması münasibətilə bazar ertəsi ölkə parlamentinin qarşısında NATO bayrağının qaldırılması mərasimi keçirilib. Spiker Andreas Norlen və Baş nazir Ulf Kristerssonun çıxışları nümayişçilərin "NATO-ya yox" qışqırması fonunda olub.

Mərasimdə kral XVI Karl Qustav, hökumət, deputatlar və səfirlər iştirak ediblər. Monarxın sözlərinə görə, "Hazırda İsveç tarixinin yeni bir hissəsi yazılır."

Lakin mərasim yerindən bir qədər aralıda - kral sarayının yaxınlığındakı terrasda - Fələstin bayraqları ilə gələn və mərasim iştirakçılarının görə biləcəyi qırmızı "NATO-ya yox" pankartı asan təxminən on adam toplaşıb. Etirazçıların kiçik bir qrupu kralın çıxışından sonra şüarlar səsləndirməyə başlayıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA