ABŞ-ın keçmiş prezidenti Donald Tramp Rusiya ilə əlaqələrdə ittiham olunan Pol Manafortu öz seçki qərargahında müşavir kimi işə götürüb.

Bu barədə “Washington Post” (WP) Tramp kampaniyasındakı mənbələrə istinadən yazır.

WP-nin məlumatına görə, Manafortun kampaniyada iştirakı Respublikaçıların iyulda keçiriləcək Milli Konvensiyasına hazırlıq və sonrakı kampaniya üçün vəsaitin toplanması ilə bağlı olacaq. Eyni zamanda, Manafort və Tramp kampaniyası təyinatla bağlı şərh verməkdən imtina edib.

Nəşr qeyd edir ki, Manafort 2016-cı ilin yayında biznesmenin seçki qərargahının rəhbəri olub və sonra Rusiyanın səsvermənin nəticələrinə mümkün müdaxiləsinə görə istintaqa cəlb edilib. Müstəntiqlərin fikrincə, onun seçki kampaniyasında iştirakı və Trampa yaxınlığı guya Rusiyaya seçkilərin nəticələrinə təsir etmək imkanı verib. Müşavir vergi və bank fırıldaqlarında təqsirli bilinsə də, Trampın prezidentliyinin sonunda əfv edilib.

Bundan əvvəl Tramp ABŞ-ın hazırkı prezidenti Co Baydenin qələbəsini Rusiya üçün üstünlük adlandırıb. O, aydınlaşdırıb ki, Bayden hakimiyyətə gəldikdən sonra “Şimal axını”nı təsdiqləyib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA