Qəzza zolağında quru əməliyyatı zamanı İsrail Müdafiə Qüvvələrinin itkiləri 250 nəfər təşkil edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti ordunun mətbuat xidmətinə istinadən məlumat yayıb.

Ölənlərdən sonuncusu Nahal briqadasının 932-ci batalyonunun 20 yaşlı baş serjantı Mətan Vinoqradovdur. Bazar ertəsi səhər tezdən “Əl-Şifa” xəstəxanası yaxınlığında HƏMAS qüvvələri ilə atışmada bir qüdslü kişi ölümcül yaralanıb. İMQ hesab edir ki, tibb kompleksi qrupun yüksək rütbəli üzvləri tərəfindən qərargah kimi istifadə edilib.

Fələstin anklavının səhiyyə nazirliyi bildirib ki, ötən ilin oktyabr ayından Qəzza zolağında 31500-dən çox insan həlak olub, 73500-ə yaxın insan yaralanıb. Hərbi əməliyyatlar və Qəzzanın virtual blokadası fonunda onun 2,4 milyon əhalisi əsasən çətin humanitar vəziyyətdə olan cənuba qovulub. BMT-nin müvafiq qurumlarının məlumatına görə, aclığın faktiki olaraq başladığı anklavın şimalında vəziyyət xüsusilə ağırdır.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA