İrlandiyanın baş naziri Leo Varadkar istefa verdiyini açıqlayıb.

45 yaşlı Varadkar ölkəyə rəhbərlik etdiyi vaxtları həyatımın ən qənaətbəxş dövrü adlandırıb.

Baş nazirin sözlərinə görə, istefasının səbəbləri “həm şəxsi, həm də siyasi” olub.

O qeyd edib ki, varisi bu vəzifəni tuta bilən kimi baş nazir postunu tərk edəcək.

"Yeddi il hakimiyyətdə olduqdan sonra artıq bu işə ən uyğun olduğuma inanmıram",  - Varadkar deyib.

Bundan əlavə, baş nazir Fine Gael partiyasının lideri vəzifəsindən istefa verdiyini açıqlayıb.

Varadkar iki dəfə İrlandiyanın baş naziri vəzifəsində çalışıb və 2017-ci ildən İrlandiyanın Fine Gael partiyasına rəhbərlik edib. 2017-ci ildə İrlandiyanın baş naziri vəzifəsinə başlayanda onun 38 yaşı olub. O, ölkəsinin ən gənc baş naziri hesab olunub. Varadkar istefa verdikdən sonra parlament üzvü olaraq qalmağı planlaşdırır.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA