Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson bir dəfə zarafat edib ki, G7 liderləri paltarlarını soyunmalı, “əzələlərini əyməli” və “Putindən (Rusiya prezidenti Vladimir) daha sərt olduqlarını göstərməlidirlər”, - “The Times” yazır. İndi Fransadakı bəzi şərhçilər prezident Emmanuel Makronun Consonun sözlərini ciddi qəbul edib-etmədiyi ilə maraqlanır.

Söhbət Fransa prezidentinin rəsmi fotoqrafı Soazig de la Moissoniere tərəfindən çəkilmiş iki fotoşəkildən gedir. O, tərləmiş Makronun "idman zalında yumruq torbasına vurduğunu" əks etdirən iki şəkli yayımlayıb.

Fransanın regional qəzeti olan "Nice-Matin" fotoların "yüksək kişilik mesajı verdiyini" və sinəsi çılpaq Putinin at belindəki fotolarını xatırlatdığını bildirib.

“The Times”-ın qeyd etdiyi kimi, media Makronun Putinin şəklini kopyalamağa və onun “uzaq ziyalı” imicindən qurtulmağa çalışmasından şübhələnirdi.

Makronun fotosu həmçinin “Qəzəbli Bull” filmindəki aktyor Robert De Nironun obrazı ilə müqayisə edilib.

Putinin medianın istinad etdiyi fotolar 2009-cu ildə Tıvada istirahət zamanı çəkilib. Həmin vaxt Putin baş nazir vəzifəsini icra edirdi. Şəkillər təkcə Rusiya mediasında deyil, Qərb nəşrləri tərəfindən də geniş yayılaraq, şəkillərin "maço obrazını" - qətiyyətli, məqsədyönlü və cəlbedici bir insan obrazını gücləndirdiyini yazırdı.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA