Moskvanın İstintaq Komitəsi terror təşkilatının hesablarına pul köçürən qadına qarşı cinayət işi açıb.

Bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva üzrə Baş İstintaq İdarəsinin mətbuat xidməti məlumat verib.

“Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsinin Cənub İnzibati Dairəsi üzrə İstintaq İdarəsinin Simonovski Rayonlararası İstintaq İdarəsi 37 yaşlı qadına qarşı cinayət işi açıb, o, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 205.1-ci maddəsinin 1-ci hissəsi ilə (terrorçuluq fəaliyyətini təşviq etmək) təqsirləndirilir.

İstintaqın məlumatına görə, qadın Rusiyada fəaliyyəti qadağan edilən beynəlxalq terror təşkilatının tərəfdarı olub və öz hesablarına 400 min rubldan çox pul köçürüb.

Paytaxt İstintaq Komitəsinin müstəntiqləri və əməliyyat hüquq-mühafizə orqanlarının əməkdaşlarının birgə işi zamanı qadının cinayət əməlləri müəyyən edilərək qarşısı alınıb. Qadına qarşı ittiham irəli sürülüb. Bu gün istintaq həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı məhkəməyə vəsatət vermək niyyətindədir.

​​​​​​​​​​​​​​​​​ E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA