Aprelin 7-də Zaporojye Atom Elektrik Stansiyasına (ZAES) həyata keçirilən birbaşa hücumlar nüvə qəzası riskini ciddi şəkildə artırıb.

Tezadlar.az xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi deyib.

“Bazar günü Zaporojye Atom Elektrik Stansiyasına birbaşa hücumlar Ukraynada nüvə təhlükəsizliyinə təhdidlərin ciddi şəkildə artdığını qeyd etdi və nüvə qəzası riskini əhəmiyyətli dərəcədə artırdı", - o, BAEA Rəhbərlər Şurasının növbədənkənar sessiyasının açılışında bildirib.

Qrossi qeyd edib ki, gələn həftə bu məsələni BMT Təhlükəsizlik Şurası çərçivəsində müzakirə edəcək. O, bütün tərəfləri maksimum təmkinli olmağa və Zaporojye AES-in mühafizəsinin beş prinsipinə əməl etməyə çağırıb.

"Mən hər kəsi son dərəcə təmkinli olmağa və bu fundamental, sadə, ayrılmaz prinsiplərə ciddi riayət etməyə çağırıram. Mən agentlik rəhbərlərinin İdarə Heyətindən BAEA-nın ümumi rifah naminə onların monitorinqindəki rolunu yekdilliklə dəstəkləməyi xahiş edirəm. Biz hamımız bütün imkanlardan istifadə etməliyik. Gələcəkdə Zaporojye AES-ə hücum ehtimalını aradan qaldırmaq üçün hamımız əlimizdə olan bütün rıçaqlardan istifadə etməliyik", - BAEA rəhbəri qeyd edib.

E.ŞİRİNOV