Rusiya hava hücumundan müdafiə sistemləri Tatarıstan ərazisi üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni məhv edib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Bu il aprelin 17-də Moskva vaxtı ilə saat 11:20 radələrində Ukraynanın pilotsuz uçan aparatı ilə Kiyev rejiminin Rusiya Federasiyası ərazisindəki obyektlərə təyyarə tipli PUA-dan istifadə etməklə terror aktı törətmək cəhdinin qarşısı alınıb. Pilotsuz təyyarə Tatarıstan Respublikası ərazisində növbətçi hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib”, - idarədən bildirilib.

E.ŞİRİNOV