Avropa İttifaqı Rusiya Federasiyasına qarşı mövcud məhdudlaşdırıcı tədbirlərdən yan keçənlərə qarşı yönələcək 14-cü anti-Rusiya sanksiyalar paketini hazırlayır.

Tezadlar.az xəbər verir ki, bu barədə Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.

“Hazırda biz Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyirik”, - o deyib.