Ukraynada keçirilən xüsusi hərbi əməliyyat zamanı rus qoşunları 24 saat ərzində qondarma xarici legionun muzdlu birləşmələrinə zərbələr endirib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Əməliyyat-taktiki aviasiya, raket qüvvələri və artilleriya 122 rayonda Ukrayna Silahlı Qüvvələrinin şəxsi heyəti və texnikasına, eləcə də qondarma xarici legionun muzdlu birləşmələrinə zərbələr endirib”.