Qırğızıstan və Tacikistan sərhədində Tacikistan sakinləri ilə qırğız sərhədçiləri arasında atışma baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsinin Sərhəd Xidməti məlumat yayıb.

“2024-cü il mayın 7-də Qırğızıstan-Tacikistan dövlət sərhədinin təxminən saat 12:20-də (Bakı vaxtı ilə 10:20 – RED.) Leylekin Ak-Bosoqo kəndi yaxınlığında odlu silahdan istifadə ilə bağlı insident baş verib. Batken vilayətində (Qırğızıstan) Qırğızıstanın sərhəd naryadı dövlət sərhəd xəttindən 250-300 m aralıda Qırğızıstan ərazisində mal-qara otaran Tacikistan vətəndaşlarını - çobanları müşahidə edib”, - məlumatda deyilir.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA