Ukraynanın hər yerində hava hücumu xəbərdarlığı elan edilib.
Bunu Ukrayna Rəqəmsal Transformasiya Nazirliyinin onlayn xəritəsindəki məlumatlar sübut edir.
Belə ki, saat 8.26-dan (Bakı vaxtı ilə saat 09:26-da) Xarkov vilayətində həyəcan təbili çalıb, daha sonra Dnepropetrovsk və Poltava vilayətlərində bu barədə elan edilib. Bir saat ərzində həyəcan siqnalı digər bölgələrə yayılıb və 9.49-da bütün Ukraynada elan edilib.
Saat 10.27-yə olan məlumata görə, sirenalar yalnız Dnepropetrovsk və Xarkov vilayətlərində səslənməyə davam edir.
Lakin zərbələr və ya partlayışlar barədə hələlik heç bir məlumat yoxdur.
E.ŞİRİNOV