Türkiyə müntəzəm olaraq Ukraynadakı münaqişə tərəflərinə İstanbul danışıqlarının bərpasını təklif edir, lakin heç bir cavab yoxdur.

Tezadlar.az xəbər verir ki, bu barədə yerli mətbuat Ankaradakı diplomatik mənbəyə istinadən məlumat yayıb.

Bu mövzunun Türkiyə tərəfindən davamlı olaraq ən yüksək səviyyədə qaldırıldığı qeyd edilib.

“Cənab prezident Tayyib Ərdoğan bu məsələni diqqətlə izləyir. Amma hələlik tərəflərdən konkret cavab yoxdur”, - mənbə bildirib.

Aprel ayında Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Moskva və Kiyevin 2022-ci ildə İstanbul danışıqlarında saziş imzalamamasının səbəbi Londonun birbaşa təzyiqi olduğunu bildirmişdi. O qeyd edib ki, bu, Ukrayna tərəfinin özündən məlum olub. Peskov həmçinin bildirib ki, Moskvanın Kiyevlə danışıqlar üçün ilkin şərtləri yoxdur.

Bundan əvvəl Putin yenidən Rusiyanın Ukrayna ilə bağlı danışıqlara hazır olduğunu bəyan edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA