Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un müəyyən olunmuş prezidenti Muxtar Babayev İslamabadda Parlament Xidmətləri (PIPS) İnstitutunda keçirilən tədbirdə iştirak edib. O, “COP29 üçün iqlim konsensusu; Bakıya yol” mövzusunda çıxış edib.

Nazir çıxışında diqqəti dünyanın qarşılaşdığı iqlim dəyişikliyi mövzusuna yönəldərək Bakıda keçiriləcək COP29 barədə məlumat verib.

M.Babayev bildirib ki, COP29 komandası ümumi razılığa gəlmək üçün bütün tərəfdaşları noyabr ayında bir araya toplayacaq. Dünyada bir çox ölkənin iqlim dəyişikliyinin fəsadlarına qarşı həssas olduğunu söyləyən nazir vurğulayıb ki, Azərbaycan bu mötəbər tədbirdən ən yaxşı nəticələri əldə edəcəyinə ümid edir. İslamabadda cəmiyyət nümayəndələri ilə görüşündən danışan nazir COP29-la bağlı müxtəlif ölkələrdən gələn hər bir fikrin, təşəbbüsün üzərində düşünməyin çox önəmli olduğunu vurğulayıb.

Həmçinin tədbirdə Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov, Pakistan Baş nazirinin İqlim Dəyişikliyi və Ətraf Mühitin Koordinasiyası üzrə Koordinatoru Romina Xurşid Alam və Dayanıqlı İnkişaf Siyasəti İnstitutunun (SDPİ) icraçı direktoru Abid Qaiyum Suleri çıxış edib.

Sonda onu da bildirək ki, tədbirdə iqlim mütəxəssisləri, elm adamları, diplomatlar və digər şəxslər iştirak ediblər.

RÖVŞANƏ

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA