Polşa kəşfiyyatında Belarusa qaçan hakim Tomaş Şmidtin Rusiyaya təhvil verə biləcəyi iddia edilən məxfi sənədlərlə bağlı bütün məlumatlar var.

“Gazeta Wyborcza” xəbər verir ki, bunu Polşa Hərbi Əks-kəşfiyyat Xidmətinin keçmiş rəhbəri, general Pyotr Pitel deyib.

“Polşa sistemində məxfi sənədlərə giriş qeydə alınır. Şmidt hər dəfə bunu etməli idi. Onun Rusiyaya, məsələn, müdafiə sistemimizi və döyüş hazırlığımızı zəiflətməyə imkan verə biləcək sənədlərə çıxışı yox idi”, - deyə general bildirib.

Pytel əlavə edib ki, Polşa hakimiyyət orqanları informasiya sızmasından mümkün zərəri zərərsizləşdirməyə qadirdir.

Mayın 7-də Polşanın baş naziri Donald Tusk bildirib ki, qaçaq hakim Şmidtin məxfi sənədlərə çıxışı var. Buna cavab olaraq, mayın 10-da Şmidt “Varşavadan gətirilən ilk məxfi sənədin” nəşrini elan edib. Bu, Tuskun NKVD geyimində olan fotoşəkili olduğu ortaya çıxıb.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA