Ukrayna Silahlı Qüvvələrinin (USQ) ehtiyat hissələri Xarkov istiqamətinə keçirilib.

Tezadlar.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Strateji Rabitə Departamenti öz Telegram kanalında məlumat yayıb.

"Qoşunları gücləndirmək üçün əvvəlcədən yaradılmış ehtiyatlar Xarkov istiqamətinə köçürülüb", - məlumatda deyilir.

Qeyd olunur ki, “vəziyyətin inkişafından asılı olaraq qrupun yaradılması davam edəcək”.

Bundan əvvəl DXR təhlükəsizlik qüvvələri bildiriblər ki, Kiyevin nəzarətində olan bir sıra DXR rayonlarından Ukrayna Silahlı Qüvvələri ehtiyatlarının Xarkov istiqamətinə köçürülməsi qeydə alınır.

Həmçinin Xarkov vilayətinin bəzi rayonlarından 6 minə yaxın insanın təxliyə edildiyi bildirilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA