Ukrayna lideri Vladimir Zelenski Ukraynadakı münaqişəyə son qoymaq üçün saziş bağlamaqdan imtina edib.

Tezadlar.az xəbər verir ki, bunu Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp deyib, onun sözlərini “The Financial Times” (FT) yazıb.

“ABŞ münaqişənin həlli ilə bağlı razılaşmadan imtina edən Zelenskiyə milyardlarla dollar verməyə davam edir. Ukraynanın indiki vəziyyətdən yaxşı olacaq heç bir sövdələşmə yoxdur – sizin ancaq məhv olmuş ölkəniz var”, – deyə siyasətçi Şimali Karolina ştatının Şarlotta şəhərində keçirilən seçki kampaniyasında bildirib.

Tramp həmçinin Ukrayna prezidentinin onu tənqid edən bəyanatlarından qəzəbləndiyini bildirib və onları “çirkli” adlandırıb.

Sentyabrın 23-də Zelenski deyib ki, Tramp Ukraynadakı münaqişəni əslində necə dayandıracağını bilmir. Onun sözlərinə görə, bir çox ölkə liderləri münaqişəni “sabah” bitirmək iqtidarında olduqlarına əmin idilər, lakin batdıqda vəziyyətin mürəkkəbliyini daha dərindən anladılar.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA