Sentyabrın 25-də Biləsuvar rayonu Heydər Əliyev Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi və rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə “Bayrağımız qürur mənbəyimizdir” mövzusunda tədbir keçirilib.

Tezadlar.az xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin regional bölməsinin məsləhətçisi Cavid Dadaşov, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Bəhruz Mirzəzadə, Qafqaz Müsəlmanlar İdarəsinin səlahiyyətli nümayəndəsi Əlifağa Murtuzov, şəhid ailələrinin üzvləri və rayon ziyalıları iştirak ediblər.

Tədbir Ulu Öndər Heydər Əliyevin və Şəhidlərimizin əziz xatirəsinin yad olunması ilə başlayıb.

Çıxışlarda qeyd edilib ki, dövlər bayrağımız Azərbaycanın müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərimizdən biri kimi ölkəmizin hər bir vətəndaşı tərəfindən müqəddəslik, azadlıq və qürur mənbəyi kimi qəbul olunur. O da bildirilib ki, suverenliyimizin və müstəqilliyimizin rəmzi olan bayrağımız işğaldan azad edilən torpaqlarda dalğalanmaqdadır.

Sonda Dövlət Komitəsinin sifarişi ilə çəkilən “Nicat tapanlar” sənədli filmi nümayiş etdirilib.

R.XUDATQIZI

 

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA