Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva Albaniyanın Tirana şəhərində gender bərabərliyi və qadınların səlahiyyətlərinin gücləndirilməsinə həsr olunmuş beynəlxalq konfransda iştirak edib.

Tezadlar.az xəbər verir ki, "Gender Bərabərliyi və qadınların səlahiyyətlərinin gücləndirilməsinin təkmilləşdirilməsi üçün səmərəli institusional mexanizmlər: Pekindən sonra gələcək 30 ilin qrafiki" adlı konfrans BMT-nin Qadınlar üzrə Agentliyinin Avropa və Mərkəzi Asiya üzrə Regional Ofisi Albaniya Höküməti ilə əməkdaşlıq çərçivəsində 23-24 sentyabr 2024-cü il tarixlərində şəhərində  keçirilib.

Dünyanın müxtəlif ölkələridən, xüsusilə Mərkəzi Asiya və Avropa ölkələrindən dövlət qurumları, parlament, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də müstəqil ekspertlərin iştirak etdiyi konfransda qadınların vəziyyətinin yaxşılaşdırılması üzrə institusional mexanizmlərin naliliyyətləri, çətinliklər və gələcək prioritetlər qeyd edilərək, onların səmərəliliyini artırmaq üçün qabaqcıl təcrübələr müzakirə edilib.

Müzakirə olunan məsələlərin yekun nəticələri Pekin+30 qiymətləndirmə  prosesinə töhvə olaraq, 21-22 oktyabr 2024-cü il tarixində Cenevrədə keçiriləcək Regional Qiymətləndirmə görüşü və 2025-ci ildə Qadınların Statusu üzrə Komissiyanın 69-cu sessiyasında növbəti Qlobal rəyin məlumatlarında əks olunacaq.

Konfransda  Azərbaycanı   Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri Ceyran Rəhmətullayeva və Gender Hub Azərbaycan platformasının icraçı direktoru Məryəm Məcidova təmsil edib. Tədbirdə, həmçinin BMT-nin Qadınlar üzrə Agentliyinin (UN Women) Azərbaycan üzrə proqram mütəxəssisi Pərvanə Bayramova da iştirak edib.

Tədbirin ilk panel iclasında çıxış edən C. Rəhmətullayeva  Pekin+30 gündəliyinin yerinə yetirilməsi istiqamətində əsas prioritetlərdən hesab edilən, ölkəmizdə yaradılmış  institusional mexanizmlər barədə məlumat verərək, bu istiqamətdə qəbul olunmuş qanunvericilik, dövlət proqramları və milli fəaliyyət planları barədə danışıb. 3 Panel sessiyadan ibarət konfransın yekununda ölkələr Pekin+30 gündəliyinin yerinə yetirilməsi ilə bağlı gələcək prioritetlərdən ibarət niyyətlərini bəyan edib.

Konfransın bağlanışında çıxış edən C. Rəhmətullayeva Pekin+30 gündəliyinin yerinə yetirilməsi istiqamətində  ölkəmiz adından hazırlanmış  6 bölmədən  ibarət prioritetləri bəyan edib.

Konfransın sonunda BMT-nin Regional ofisi tərəfindən aparılmış orta dövr qiymətləndirilmənin nəticələri elan edilib.  Azərbaycan prioritet  istiqamətlər üzrə əldə etdiyi nəticələrə görə müsbət dəyərləndirilib.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA