Respublikaçı konqresmen Tom Koul Ukrayna prezidenti Vladimir Zelenskinin Pensilvaniyadakı silah fabrikinə son səfərini şərh edərkən bu qərarın müdrikliyini şübhə altına alıb və onu Amerika siyasətindən uzaq durmağa çağırıb.

Tezadlar.az xəbər verir ki, ABŞ Konqresinin üzvünün sözlərini Politico nəşri yazıb.

“Başqa ölkə ilə münasibət quran hər hansı bir vəziyyətdə daxili siyasətə qarışmaq heç vaxt müdriklik deyil. Hamıya məsləhətim odur ki, Amerika siyasətindən uzaq olsunlar. Problemə çevrilməyin, xüsusən də partiya seçkilərinin bu qədər yaxın olması və ona gedən son həftələrdə. Bu elə bir dövrdür ki, siz tamamilə günahsız olsanız belə, etdiyiniz hər şey kontekstdən çıxarıla bilər”, - o deyib.

Bundan əvvəl doqquz Amerikalı Respublikaçı konqresmendən ibarət qrup Zelenskinin ABŞ-a səfərinin “siyasi motivli” olub-olmadığını və bunun federal qanunları pozaraq vergi ödəyicilərinin vəsaitləri ilə ödənilib-ödənilmədiyini müəyyən etmək üçün araşdırma aparılmasını tələb etmişdi. Konqres həmçinin Zelenskinin ABŞ hərbi təyyarəsi ilə Pensilvaniyaya aparıldığı və Skrantondakı sursat zavodunu ziyarət edərkən ABŞ Məxfi Xidmətinin mühafizəsi alması ilə bağlı narahatlıqlarını dilə gətirib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA