24-25 sentyabr 2024-cü il tarixlərində “Anım günü” ilə bağlı keçirilən silsilə tədbirlərin davamı olaraq  DİN-in Polis Akademiyasının I kursunun bir qrup kursantı  İkinci Fəxri xiyabanı ziyarət ediblər.

Tezadlar.az xəbər verir ki, Akademiyanın kursantları ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda şəhid olan vətən övladlarının əziz  xatirəsini bir dəqiqəlik sükutla yad edib və məzarları üzərinə gül dəstələri qoyublar. 

Ziyarət zamanı şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın igidlik və şüacətindən danışılıb, xatirələrinin xalqımız tərəfindən daim əziz tutulduğu, onların fədakarlıqlarının qəlblərdə əbədi yaşayacağı qeyd olunub.

R.XUDATQIZI

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA