Tbilisidə oktyabrda keçirilən parlament seçkilərinin nəticələri ilə razılaşmayan müxalifətçilər yeni etiraz aksiyalarına başlayıblar.

Tezadlar.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.

Etirazçılar Qəhrəmanlar Meydanını əhatə edib. Onlar mitinqin Moskva vaxtı ilə saat 21:00-a qədər davam edəcəyini bildiriblər. Ərazidə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.

Nümayişçilər bazar günü baş tutacaq mitinqin planını da təqdim edəcəklərinə söz veriblər.

Noyabrın 20-də gecə saatlarında polis Çavçavadze prospektində dövlət universitetinin binasının yanında Gürcüstanda parlament seçkilərinin nəticələrinə qarşı etiraz aksiyasının iştirakçılarını dağıdıb. Etirazçılar yaxınlıqdakı prospektə keçiblər və daha sonra evlərinə gediblər.

Bundan əvvəl Gürcüstanda 30-a yaxın müxalifətçi parlament seçkilərinin konstitusiyaya zidd elan edilməsini tələb edərək Konstitusiya Məhkəməsinə müraciət edib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN