Anti-Rusiya sanksiyalarına əl atan ölkələrə tətbiq edilən ərzaq embarqosu 2026-cı ilin sonuna qədər uzadılıb.

Tezadlar.az xəbər verir ki, bu barədə TASS Rusiya hökumətinə istinadən məlumat yayıb.

Embarqo ABŞ, Avropa İttifaqı, Kanada, Böyük Britaniya, Avstraliya, Norveç, Ukrayna, Albaniya, Monteneqro, İslandiya və Lixtenşteyndən məhsulların Rusiya Federasiyasına idxalına qadağa qoyulmasını nəzərdə tutur. Bundan əlavə, indi Yeni Zelandiya da bu siyahıya daxil edilib.

Bundan əvvəl Avropa Parlamenti iqtisadiyyatın Rusiya üçün xüsusi əhəmiyyət kəsb edən seqmentlərinə qarşı yeni sanksiyaların tətbiqinə çağırıb. Metallurgiya, bankçılıq, kimya, nüvə və kənd təsərrüfatı sənayesi kimi sektorlarda məhdudiyyətlərin genişləndiriləcəyi gözlənilir.

Bu arada “Rospotrebnadzor” hesab edir ki, Rusiyada ərzaq və qida məhsullarının idxalı əvəzləmə prosesi başa çatıb və ölkə sakinləri yerli məhsullara tam çıxış əldə ediblər.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN