Sankt-Peterburqda müstəntiqlər şəhərin məşhur restoran şəbəkəsində baş vermiş kütləvi zəhərlənmədən sonra cinayət işi açıblar.

Tezadlar.az bildirir ki, bu barədə lenta.ru-ya idarədən məlumat verilib.

İş Rusiya Federasiyası Cinayət Məcəlləsinin 238-ci maddəsi (“Təhlükəsizlik tələblərinə cavab verməyən xidmətlərin göstərilməsi”) ilə açılıb. İlkin məlumatlara görə, ən azı 20 nəfərə bağırsaq infeksiyası diaqnozu qoyulub.

Söhbət Sankt-Peterburqun Primorski rayonunda Sizova prospektində yerləşən “Tokyo-Siti” restoranından gedir, - “RBC” yazır. Nəşrin məlumatına görə, hadisə noyabrın 24-də baş verib.

Əvvəllər Roskaçestvo Moskva və Sankt-Peterburqdakı brendlərdən şavarmanı yoxlamış və məhsulları təhlükəli hesab etmişdi. Tərkibində E.coli, stafilokokk və insan orqanizminə təhlükə yaradan digər bakteriyaların olduğu müəyyən edilib.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN