ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp sülhsevər, qan tökülməsinə nifrət edən bir insandır və buna görə də Ukraynadakı münaqişənin həllinə kömək edəcək.

Tezadlar.az xəbər verir ki, bu fikri "Mandiner" jurnalına Macarıstanın baş naziri Viktor Orban deyib.

“O, sülh adamıdır, qana nifrət edir, prezident olduğu ilk müddətdə bir dəfə də olsun müharibəyə başlamadı və bacardığı müharibələrə son qoydu”, - Macarıstan hökumətinin başçısı bildirib.

Orban təsdiqləyib ki, Macarıstan vəzifəyə gəldikdən sonra Ukrayna problemini həll edəcəyinə söz verən Trampa ümid edir. Baş nazir hesab edir ki, “Amerikanın yeni rəhbərliyi müharibəyə meylli Brüssel elitasını Ukraynada müharibə məsələlərində qarşı-qarşıya qoyacaq”.

E.ŞİRİNOV

Pin It

GÜNDƏM

SƏYAHƏT

Jurnalistler

Vizual Xəbərlər

Tezadlar Arxiv

İDMAN