Tezadlar.az-ın bu səhərki buraxılışında ""REPORT" "AZƏRNƏŞR"LƏ "AZƏRBAYCAN" NƏŞRİYYATINI SƏHV SALDI" başlıqlı xəbər paylaşmışdıq...

Xəbərdə deyilirdi: ""Report" informasiya portalı bu gün "“Azərnəşr” mənfəətlə işləməyə başlayıb" sərlövhəli xəbər paylaşıb. Xəbərdə deyilir: "“Azərbaycan” dövlət nəşriyyatı (“Azərnəşr”) 2020-ci ili 125 min manat mənfəətlə başa vurub. Halbuki, nəşriyyat 2019-cu ildən 98 min manat zərərlə çıxmışdı. “Report” xəbər verir ki, bununla da, qurumun yığılmış zərəri 2% azalaraq 6,072 milyon manat olub. Bu il yanvarın 1-nə “Azərnəşr”in aktivləri 23,321 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 11,4% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 45,4% azalaraq 3,773 milyon manata düşüb, balans kapitalı isə 0,65% artaraq 19,548 milyon manata çatıb. Xatırladaq ki, “Azərnəşr” 1923-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4,742 milyon manatdır".
   Ola bilər müxbir "Azərnəşr"lə "Azərbaycan" nəşriyyatını səhv salsın, bunu nəzərə alaraq "Report"un elektron poçtuna düşəliş məlumatı göndərdik ki, nəzərə alınsın. Lakin bu yalnşlıq aradan qaldırılmadığından oxuculara xəbərdarlıq etmək üçün bu məlumatı yaymalı olduq. Hansı ki, portal xəbərin sonunda da qeyd edir ki, "Azərnəşr" 1923-cü ildən fəaliyyət göstərir". Və xəbərdə isə "Azərbaycan" nəşriyyatının fotosu təqdim edilib. Xatırladırıq ki, "Azərbaycan" nəşriyyatı Prezident Administrasiyasının tabeliyindədir, ötən əsrin 70-ci illərində yaradılıb, əsasən qəzet, jurnal və kitab çapı üzrə ixtisaslaşıb, Mətbuat prospekti, 529-cu məhəllədə yerləşir. "Azərnəşr" isə yalnız kitab nəşri ilə ixtisaslaşıb, AZ 1001 Bakı şəh, Mehdi Hüseyn küç 61, dalan 2, ev 3 ünvanında yerləşir".
***
Sağ olsun, "Report" əməkdaşları "Təzadlar"ın düzəliş mənalı xəbər yayımından sonra həmin xəbərlərində korrektə etməli oldular. Düzəliş xəbərində həm də əvvəl "Azərnəşr"in binasının fotosu əvəzinə "Azərbaycan" nəşriyyatının verilmiş fotosu da yığışdırılmış, əvəzində oxu mətni belə verilmişdir: ""Azərbaycan Dövlət Nəşriyyatı (“Azərnəşr”) 2020-ci ili 125 min manat mənfəətlə başa vurub. Halbuki, nəşriyyat 2019-cu ildən 98 min manat zərərlə çıxmışdı. “Report” xəbər verir ki, bununla da, qurumun yığılmış zərəri 2% azalaraq 6,072 milyon manat olub. Bu il yanvarın 1-nə “Azərnəşr”in aktivləri 23,321 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 11,4% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 45,4% azalaraq 3,773 milyon manata düşüb, balans kapitalı isə 0,65% artaraq 19,548 milyon manata çatıb. Xatırladaq ki, “Azərnəşr” 1923-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 4,742 milyon manatdır".
Məqsədimiz bu idi ki, əvvəlki mətni oxuyan məlumatsız oxucular "Azərnəşr"lə "Azərbaycan" nəşriyyatını səhv salmasınlar...
A.Məmmədli

GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA