Ekvadorun Quayakil şəhərində yerləşən həbsxanada baş vermiş toqquşmalarda ən azı 52 nəfər ölüb.

Bu barədə “El Universo” qəzeti məlumat yayıb.

Bildirilib ki, ötən gün axşam həbsxanada qiyam başlayıb. Polis hələlik cəzaçəkmə müəssisəsində asayişin bərpa olunması barədə məlumat yaymayıb.

Xatırladaq ki, sentyabrın 28-də yuxarıda adıçəkilən həbsxanada müxtəlif dəstələrin nümayəndələri arasında toqquşmalar baş verib. Rəsmi məlumata görə, həmin vaxt 119 nəfər məhkum ölüb.

E.ŞİRİNOV