Bakıda restoranda ölüm hadisəsi baş verib.

Hadisə Səbail rayonunda fəaliyyət göstərən "Mangal Steak House” restoranında qeydə alınıb.

Belə ki, restoranda qonaq olan 81 yaşlı Rüfət Əsədov qəfildən ölüb.

Qeyd edək ki, onun ürəktutmasından öldüyü ehtimal edilir.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

E.ŞİRİNOV