booked.netbooked.net booked.net  

Kiyevdə məhkəmədən qaçan azərbaycanlının axtarışı zamanı onun yaxınlarına zor təbiq edən Ukrayna polisinin 5 əməkdaşına cinayət işi açılıb. Hadisə bu ilin may ayının sonunda baş vermişdi.

Ukrayna hüquq-mühafizə orqanlarından əldə edilən məlumata görə, cinayət işi aparılan uzunmüddətli təhqiqatlar nəticəsində başlanılıb.

Qeyd edək ki, bu il mayın 28-də Ukrayna Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə saxlanılan Azərbaycan vətəndaşı, 1973-cü il təvəllüdlü Məmmədov Əfrəs Qüddəsər oğlu İrpen Şəhər Məhkəməsinin iclas zalında fasilə zamanı nəzarətçilərin fincanına bihuşedici maddə ataraq qaçmışdı.

Onun axtarışı ilə operativ məşğul olan Kiyev vilayət polisinin əməkdaşları Ə.Məmmədovun təmasda olduğu həmyerlilərinin məkanlarında reydlərə başlamışdı. Həmin gün Kiyevin Dniprovski rayonu, Almatinski 54 ünvanında çadırda xırda ticarətlə məşğul olan Ə.Məmmədovun qohumları və həmkəndliləri - Əlverdi və Fikrət Məmmədov qardaşları, onların həmkəndlisi Xəzər Cabbarov, Elman Mənsimov və Saday Cabbarova mülki geyimdə bir neçə yerli millətdən olan şəxs yaxınlaşaraq qaçan şəxsin yerini tələb ediblər. Dindirilənlər Ə.Məmmədovu görmədiklərini bildirdikdə onlara qarşı ağır fiziki və təhqiramiz zorakılıq tətbiq edilib. Nəticədə ağır xəsarət alan azərbaycanlılar yerli xəstəxanaların birinə çatdırılmışdılar. Həmin zaman yaralı azərbaycanlıların xəstəxanadan videogörüntüləri də yayılmışdı.

Xatırladaq ki, hadisədən sonra fiziki zorakılığa məruz qalan azərbaycanlılarla bağlı Ukrayna Dövlət İstintaq Bürosuna müraciət olunmuşdu.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN