Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başladılan “Məşğulluq marafonu” çərçivəsində şəhid ailəsi üzvlərinin və Vətən müharibəsində yaralanmış qazilərin məşğulluğunun təminatı işləri davam edir.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən əldə etdiyimiz məlumata görə, marafona qoşulan işəgötürənlərin sayı artıq 642-yə çatıb. Həmin işəgötürənlərdən 342-si dövlət, 300-ü özəl sektora aiddir. İşəgötürənlər tərəfindən marafona 4363 vakansiya təqdim edilib.

Həmin vakansiyalar üzrə artıq 2275 nəfər işlə təmin edilib. Onlardan 1888 nəfəri qazi, 387 nəfəri isə şəhid ailəsi üzvüdür.

Marafona qoşulmaq istəyən işəgötürənlər bu məqsədlə vakansiyalarını https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olmaqla göndərə bilərlər.

Şəhid ailələrinin üzvləri və Vətən müharibəsində yaralanmış qazilər isə marafondan faydalanaraq işlə təmin olunmaq üçün https://dma.gov.az/layiheler/mesgulluq-marafonu linkinə daxil olaraq özləri haqqında məlumatları qeyd etməklə müraciətlərini edə bilərlər.

E.ŞİRİNOV