booked.netbooked.net booked.net  

Sosial mediada Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun baş direktoru Abbas Seyidovla həmin institutun icraçı direktoru Zaur Həsənov arasında qalmaqal yaşandığı xəbəri yayılıb.

Məlumata görə, mübahisə zamanı Abbas Seyidov Zaur Həsənovu zor gücü ilə kabinetindən qovub və tərəflər bir-birinə qarşı təhqir və ağır ittihamlar səsləndirib.

Məsələ ilə bağlı AMEA-nın mətbuat xidməti ilə əlaqə saxlanılıb.

AMEA-nın mətbuat katibi Azadə Balayeva hadisədən məlumatsız olduğunu bildirib: "İnanmıram, belə bir hadisə baş versin. Müzakirə nəticəsində mübahisə baş verə bilər və bu, normal haldır. Alim insanlardır, ali savadlı şəxslərdir, onlar kobud, ağır şəkildə mübahisə edəsi deyillər. Ola bilər, yaradıcı mübahisə baş verib, media məsələni şişirdib. Onların ikisi də mədəni insanlardır".

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN