İraqın şimalında Türkiyə Silahlı Qüvvələrinin (TSK) üç əsgəri şəhid olub.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən açıqlama verilib.

Bildirilib ki, əsgərlər “Pəncə-Kilid” antiterror əməliyyatlarının aparıldığı bölgədə terrorçularla çıxan qarşıdurmada qəhrəmancasına həlak olublar. Daha dörd əsgər yaralanıb. Yaralı əsgərlər dərhal xəstəxanaya çatdırılıblar.

Nazirlik şəhidlərlə bağlı türk xalqına başsağlığı verib.