NATO-nun baş katibi Yens Stoltenberq İsveç və Finlandiyanın Şimali Atlantika Alyansına qoşulması məsələsində Türkiyənin mövqeyini dəstəkləyib.

Bu barədə Trend "Aanadolu" agentliyinə istinadən xəbər verir.

"Heç bir ölkə Türkiyə qədər terrordan zərər görməyib", - deyə Y.Stoltenberq Ankaranı NATO-nun vacib müttəfiqi adlandırıb.

Onun sözlərinə görə, müttəfiqin narahatçılığı olanda məsələni müzakirə edib həll etmək lazımdır. "Həmişə belə olub. Məsələn, Yunanıstan veto hüququndan istifadə edərək Şimali Makedoniyanın NATO-ya üzvlüyünə respublikanın adına görə mane oldu. Problemin həllinə 10 ildən çox vaxt lazım oldu", - deyə baş katib bildirib.

TEZADLAR.AZ

 

Ads by 
0
Reklamınızı SmartBee ilə effektiv edin.

 

NATO-nun baş katibi ispan jurnalistlərin kürdləri PKK terrorçuları ilə eyniləşdirmək cəhdinə də qarşı çıxıb. "Siz kürdlərdən danışırsız, amma etiraf edək ki, söhbət bir neçə kürd qruplaşmasından gedir və PKK Aİ tərəfindən terror təşkilatları siyahısına daxil edilib. Onların İsveçdə və ya Finlandiyada olmasının fərqi yoxdur", - deyə baş katib bildirib.

Y.Stoltenberq qeyd edib ki, İsveç və Finlandiya dəvət olunmuş ölkələr kimi Madriddə keçiriləcək NATO sammitində iştirak edə biləcək, lakin iyunun 28-dək Türkiyənin tələbləri yerinə yetirilməsə, onların Alyansa üzvlüyə namizəd olma ehtimalı azdır. "Mənim məqsədim Alyansın genişlənməsini sürətləndirməkdir və bunun üçün hələ vaxtımız var", - deyə o bildirib.


GÜNDƏM

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Tuesday, 19 April 2022
By Elçin Məmmədli

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA