booked.netbooked.net booked.net  

Xırdalan qəsəbəsi, 28-ci məhəllənin sakini, 1 saylı köhnə doqquzmərtəbəli binada yaşayan Mehran Əmirli KİV-lərə məktub göndərərək sakinlərə liftdən istifadə hüququ verən "ağıllı" elektrik sayğacının quraşdırılmasının qanuniliyinin araşdırılmasını xahiş edib.

Bildirib ki, bina dövlətə məxsusdur və dövlət  tərəfindən idarə olunur (MİS), hər liftə sayğacı “Azərışıq” Açıq Səhmdar Cəmiyyəti quraşdırıb. Mənzil-İstismar Sahəsi ona ödəniş yükləmədiyinə görə, ya da digər səbəbdən sakinlər hər ay 10 manat yığırlar ki, elektrik enerjisi liftin mühərrikinə daxil olsun.

Normativlərə əsasən, ümumi istifadədə olan yerlərdə elektrik enerjisindən istifadəyə görə (binaların bloklarının daxilində və xaricində, həyətlərdə, liftdə elektrik işıqlandırması) İcra Hakimiyyətinin yerli strukturu Mənzil-İstismar Sahəsi ödəniş edir və bunun üçün büdcə vəsaiti alır.

M.Əmirlinin fikrincə, belə çıxır ki, Mənzil-İstismar Sahəsi və ya İcra Hakimiyyəti sakinləri ödəməyə məcbur edərək, dövlət pullarından təyinatı üzrə istifadə etmir. Bu, azmış kimi, 10 manat yükləndikdən dərhal sonra bu məbləğin yarısı avtomatik olaraq həmin liftin abonentinin, yəni MİS-in  borcunun ödənilməsinə gedir. Ancaq heç kim bu borcun nə qədər olduğunu və nə zaman bitəcəyini bilmir.

“Ağıllı" sayğac ağıllı xüsusiyyətlərdən uzaqdır. Liftdən istifadə zamanı ona yüklənmiş 10 manat bitərsə, lift sərnişinlə birlikdə dayanacaq. Elektrikdən məhrum olan qapılar açılmayacaq. Sakinlər yeni məbləği yükləməyincə, liftdə qalan bayıra çıxa bilməyəcək.

M.Əmirli Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş elektrik enerjisindən istifadə qaydalarının bəndini xatırladır. Bu bəndə əsasən, abonentin enerjidən məhrum edilməsi yalnız bu hərəkətin aktlaşdırılmasından sonra mümkündür.

M.Əmirli qonşularla söhbət edib, məlum olub ki, liftlərə xüsusi nəzarət yalnız onların binasında quraşdırılıb. Digər evlərin sakinləri də eşidiblər ki, belə bir yenilik onlarda da tətbiq olunacaq. M.Əmirli Xırdalandakı unikal vəziyyətdən çıxmağa yardımçı olmağı xahiş edir.

Bu liftlərə xidmət göstərən MİS əməkdaşına zəng edərkən məlum olub ki, həqiqətən də fevral ayında sayğacları “Azərişıq” şirkəti quraşdırıb. Çünki bu binanın hər blokunun ASC-yə 941 manat borcu var. Bina səkkiz blokludur. Məbləğ yüklənəndə onun yarısı bu borcun ödənilməsinə gedir.

MİS əməkdaşı bu borcun necə yarandığı, digər binaların liftlərində niyə bu sayğacların quraşdırılmadığı, sayğaclar bu barədə məlumat göstərmirsə, sakinlərin vəsaitin ödənilməsinə necə nəzarət edəcəyi haqda heç nə bilmədiyini söyləyib.

O, əlavə edib ki, digər binaların liftlərində sayğacların quraşdırılması təcrübəsinin yayılması məsələsinə baxılır. Əgər təcrübə effektiv olmasa, belə praktika dayandırıla bilər.

Məsələnin tarixçəsinə nəzər salarkən məlum olur ki, liftlər üçün ağıllı sayğaclar ilk dəfə 2016-cı ildə Gəncədə quraşdırılıb. Çoxmərtəbəli binaların sakinlərindən liftlərin enerji təchizatı üçün ödəniş tələb ediblər. O zaman “Azərişıq” ASC-də bildiriblər ki, elektrik enerjisi itkisinin aradan qaldırılması və elektrik enerjisindən istifadənin dəqiq uçotunun aparılması üçün sayğacların quraşdırılması vacibdir.

Ödəniş edən abunəçinin müəyyən olunması isə "müvafiq strukturlarla istifadəçilər" arasında razılaşma əsasında həll olunmalıdır, - “Azərişıq” deyiblər.

Xırdalandakı evin sakinləri istifadəçinin müəyyən edilməsilə bağlı müzakirəyə cəlb edilməyiblər.

Məlumatda o da qeyd olunur ki, liftin elektrik təchizatı üçün aylıq 10 manatdan əlavə, bu blokun sakinləri lift təsərrüfatına texniki xidmətə görə pul ödəyirlər.

https://www.xezerxeber.az/news/veb-tv/26933/video-liftlere-saygac-qurasdirildi-sebeb 

 “Azərişıq” ASC-nin korporativ saytında liftlərə sayğacın quraşdırılması barədə heç nə deyilmir. Amma "ağıllı sayğaclar"ın qurğuya yüklənmiş vəsaitlərin xərclənməsinə abunəçilərin özlərinin nəzarət etmək imkanının olması kimi xüsusiyyəti barədə qeyd var. Xırdalanda sakinlər borcun məbləğini, mənşəyini, qanuniliyini və xərclənməsini bilmirlər, bu məlumatlar sayğacların ekranlarında işıqlandırılmadığından onlardan gizlədilir.

“Azərışıq” ASC M.Əmirlinin sorğusu ilə bağlı sakinlərə məlumat vermək istəmir. Bu vəziyyət vətəndaşın versiyasının üzərində dayanmağa əsas verir: MİS və ya İcra Hakimiyyəti sakinləri ödəməyə məcbur edərək, dövlət pullarını təyinatı üzrə xərcləmir.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN