Lənkəranda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Lənkəran şəhərinin Şiləvar kəndində ümumi sahəsi 30 m² olan qarajın taxta konstruksiyadan ibarət tavanı 20 m² sahədə yanıb. Qarajın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.