booked.netbooked.net booked.net  

Çərşənbə axşamı günortadan sonra Ukraynanın bir sıra bölgələrində hava xəbərdarlığı elan edilib. Bunu əhalini xəbərdar etmək üçün rəsmi resursun məlumatları sübut edir.

Pin It

Almatı Məsləhətinin (şurasının) Amanat partiyasından olan deputatı Anna Başinskaya Ukrayna prezidenti Vladimir Zelenskiyə şərhində Türkiyəyə hücum etməyi təklif etdikdən sonra istefa verib.

Pin It

Kreml Pentaqonun Rusiya ordusunun Xüsusi Hərbi Əməliyyatda itkilərinin sayı ilə bağlı açıqlamalarını etibarsız adlandırıb.

Pin It

Ölkədə döyüşlər davam edərsə, 800 mindən çox insan Sudanı tərk edə bilər. BMT hesab edir ki, bu, regionda növbəti genişmiqyaslı qaçqın böhranına səbəb olacaq.

Pin It

NİZAMİ SÜLEYMANOĞLU

Yol açıqdır, yola çıx!

...Uşaqlıqdan gecələr göy üzünə baxıb kiçikliyimi, acizliyimi anlamağa çalışırdım. Nə özümə bələd idim, nə də Allahımı tanıyırdım. Göy üzünün sakitliyi, səbri, səssizliyi və digər  silsilə özəllikləri şox xoşuma gəlirdi. Sirlərimi də  danışırdım, bilmirdim ki, bilir. Arzularımı deyər, diləyimi istər, suallar verərdim göy üzünə. Cavabları - səssizlik olduğunu  hiss etdiyimə görə içimdə axtarırdım. Bu vərdişdən sonra qəlbimdə, beynimdə elə hey  eşələndim. Bu da  sezgilərimi artırıb  kəskinləşdirdi. Düşüncə sürətini, arayış maraqlarımı çoxaltdı.

Telepatiya ruhi hadisədir.  Baxışlarımla, duyğularımla fikir ötürmənin, qəbul etmənin adi sınaqlarını məsafəli ünsiyyətlərdə çox keçirdim. Həm də hər gün…

Sonralar, aylar-illər ötdükcə fitrətimdə,  özümdə fərqli  özəllikləri müşahidə elədim. Yüzlərlə sınaqların  təcrübələrini yaşadım.

Müharibənin olacağını, Qarabağın işğlaını 1981-ci ildə  Füzuli şəhərinin küçələrinə üç ay boyunca  gecələr yazdım. Bilirdim ki, buna görə başım ağrıyacaq. Ancaq Qarabağ, müqəddəslik sevgisi üstün bir başqalıqdır. Ticarəti-Kooperativ Ünisititutunu,  şəxsi arzuları, nə varsa hər şeyi Qarabağ uğrunda acı həqiqəti deməyə  qurban verdim 1981-ci ildə…

Nəhayət, müharibə  başladı. Anladım ki,  bütün varlğımla  görəvləndirilmiş biriyəm. Prosesləri, sezgilərimlə, halüstü hallarımla  hiss edir, duyur, analizlərimlə də özlüyümdə  təsdiq edirdim. Doğulduğum Füzuli şəhərinin insanlarını erməni və rusların çox tələ yemlərindən qurturmasından  vasitəçi oldum.  Xeyli parapsixoloji, telepatik və  sirləri sözəsığmaz fikir əməliyyatları  keçirdim. Açıqlamadım. Özünə, qabiliyytinə güvənən insan özünə güvəndiyini subut etməyə ehtiyac duymaz.

Füzuli şəhərini mərkəzdə yerləşən 150 minlik qeyri-adi üslublu, xalq dilində “Günbəz” deyilən şəxsi hədiyyələr komisyon mağazasından idarə edirdim. Ticarə vasitə idi.  Sərhəd kəndlərinin hamısına ərzaq şəkilində  yardım maşınları göndərilməsinin təşkilatçısı idim.  150 nəfərə qədər dinc erməni sakinini ölüm və digər müsibətlərin cəngindən xilas etməkdə  birbaşa vasitəçi olan  təbii ki, bundan çox  azərbaycanlı gəncləri həbsdən, fərqli məhrumiyyətlərdən  xilas etməmiş  olmaz. Xeyriyyətçi silsilə tədbirlərdən yazmıram. Füzuli şəhərindən çıxanda, icra strukturunun  mağazama iki yüz min  manat  borcu qaldı. Başım elə qarışmışdı ki, onu almağa iki gün vaxt sərf etmədim. Bu önəmli deyildi, yurd əldən gedirdi.

Qarabağ məsələsini gizli səfərlə son ümid kimi, Təbrizdə də Güneyin  fikir, dava adamları ilə müzakirə etdim. Əlimdən, içimdən nə gəlirdisə, bacardığımı etdim və sonda ağır məğlubiyyət oldu. Mübarizəni  “Aydınlıq”, “Təzadlar”, “Xəzərin səsi” qəzetlərində və  kitablarımla davam etdirdim. Sonda o nəticəyə vardım ki, bütün ifrat fədakarlğımla  Allahın işinə qarışımışam. Bu da bir təbiilikdir.Uşaqlıqdan xalis, səmimi duyğularla böyüyənlər saxta olmur. Olduğu kimi olur…

…İnsanlar özlərinə yetərli dəyər vermədiklərinə görə, dəyərsiz olanları həyatlarına çəkər.  Xoş cəhətləri nəzərə almaqla faktdır ki, sovet psixologiyasının süqutu xüsusən postsovet məkanında insanlar üçün ağır psixoloji durum yaradıb. Bu məlum durum öz yekununa qədər  davam edəcək və geriyə yol qalmayacaq. Mənfi-müsbət təzahürləri ilə dərk edilməlidir ki, QLOBALAŞMA geridönməz dünyəvi prosesdir.

…Ruh və ölümsüzlüyü  metafizikdir, zaman-məkanüstüdür. METAFİZİK bilik  varlığını və xüsusi önəmini  ciddiyyətlə qoruyur. Ağıl metafizikanı nə yetərli təhlil edə,  nə də mənimsəyə bilir. Baxmayaraq ki, hər bilik varlığın müəyyən sahəsini  mövzu edir.  Metafizika qeyri-adi gözəllik ideyasıdır.  Gözəllik ideyası - gözəl adlanan bütün varlıqlardan üstün gerçəkdir.

…Bir kitabın ideyası müəllif(lər)in ona verdiyi forma, məzmun, yəni biçimidir. Fenomenaldan yazmaq üçün  müəllif(lər) “özünü görmə” deyilən  üsulla fenomenə çatmalıdır ki,  fenomenallığı aça bilə. İnsanın biliyi ilə təyin olunan varlıqlar fenomendir. Fenomendən yazan(lar) öz içindəki şərtlərin mənfi təsirindən azad olmalıdır.  Həyatın mənası  xoşbəxtlik deyil, yaxşını, üstünü istəmədir.  Ağlın, qəlbin, ruhun səsini dilə, yazıya gətirməkdir. Əslində, xoşbəxtlik özü də  yaxşıdan həzz almaqdır.  Həzz gətirən  iş yaxşıdır.  İnsan dəyəri özü yaradır, özü seçir. Hər kəs öz yolunu doğru seçməlidir. Çünki, məsuliyyət məhz özünə çox aid olur. Nəyin pis, yaxşı olduğunu sezgi diktə edir. İnsan sezgi ilə daha çox qavraya bilir. Yazmaq içindəkiləri gerçəkliyə  çevirmə təşəbbüsləridir. Gözəllik üzərində düşünmək-onun nə olduğunu açıqlamaqdır.  İdeya  gerçəyə yaxınlığı qədər gözəl olur. Müəllif(lər) öz həyəcanlarının sonunda həzz duymağı bütün qəlbinin gücü ilə istəməlidir. Qəlb gücünü səmavi güclə  hissiyyatı ilə birləşdirməyə lap çox can atmalıdır.

1994-cü ildə Bakıya gələrkən  anladım ki,  bu şəhərdə  udduğum havaya, içdiyim suya, isindiyim günəşə… hər şeyə görə  Allaha şükür əlaməti olaraq Bakıya təşəkkür etməliyəm. İllərcə bu duyğunu yaşadım. 1994-cü ildən 2003-cü ilə qədər nəhayət, “Allaha səcdələrlə” kitabını  Övliya Mir  Möhsün  Ağa obrazında yaratdım.  Bu işdə mənə məhz Bakıdan  Könül Asif qızı həmmüəllif kimi gözəl köməkçi oldu.  Nəsr və nəzmlə iki hissəli 600 səhifəlik kitabla redaksiyamızın bakılı işçiləri ilə Şüvəlan ziyarətgahında hörmətli Hacı Nizam Həbib oğlunun  qəbulunda olduq.  Əsəri üç-dörd günlüyə baxışa qoyduq. Bu mövzuda  onlarca əlyazmaların içindən üstünlüyü ilə fərqləndi. 

Hörmətli Hacı mərd, kübar  tövri ilə nəinki müqavilə əsasında yetərli  vəsait ödədi  bizə və nəşriyyata, hətta mücrü dolu qızıl üzükləri və Övliyanın  şəkli  həkk edilmiş qızıl zəncirli klonları masa üzərinə boşaldıb dedi ki, bu işdə zəhməti olan hər kəs üçün  götürün hədiyyə olaraq. Kitab Azərbaycan və rus dillərində dəfələrlə işıq üzü gördü. Çap hüququ ziyarətgaha aid oldu. Əməyimizi İçərişəhər ziyarətgahı da  maddi  mükafatla alqışladı. Sağ olsunlar, var olsunlar.  Allah əvəzini istədiyi qədər versin. Ömürləri uzun  və bərəkətli olsun, əzizləri, sevənləri ilə bahəm. Amin!

Bəli, gözəllik- ahəng, nizam, düzən, həssaslıq, kəskin duyğu, uzaqgörənlik, sezgi və digər silsilə uyğunluqlar toplusundan, külliyyatındandır.

GÖZƏLİK GÖZƏLLİYƏ GÖZƏLLİKLƏ YANAŞMAĞI DA GÖZƏLLƏŞDİRİR!

Ruzi, pul-para-ağıldan, sezgidən, ideyadan, ən əsası İlahi qüdrətdən pay alır. Nəsiblənmək-qədər, qismətdən gəlir. Ideyaların duyğulara keçməsi, yazıda kitablaşıb təzahür etməsi həqiqətən gözəldir. Yazmaq yazanlara görə fərqlidir, yazılanlar da  yozanlara görə. Uğur isə  bunların cəminə, yekununa, ən əsası yazıya görədir. Gözəl kitabda ona yüklənən dəqiq və gözəl kodlar olur. Gözəl kitab yazmağa vərdiş o gözəlliyin də vərdişi  ola bilir.  Çünki, ağılla qavranılır. Gözəlliyin uğuru ölçülülükdə deyil, uyumda, Mütləq Ruhun  duyğularda görünən hala gəlməsindədir. Bu nəyə gətirir? Empati, simpati və sonda terapatiyaya.

Bütün kainatda KUANTUM gerçəyi mövcudur. Hər yerdə olmağı ilə Allahı andırır. Bakıda Məmmədəmin Rəsulzadə, Hacı Zeynalabdin Tağıyev, Övliya Mir Möhsün Ağa işığı, ruhu ölməzdir. Möhtəşəm enerjilərdir. Bakının qırxdan çox kəndi var. Bakı  küləklər, diləklər və mələklər şəhəridir.

20 il öncədən sonra Övliya mövzusunda ardıcılığı pozmuşdum. Həddindən artıq problemlərlə, qayğılarla  yüklənmişdim. Mənə edilən zülmün öncəki bir yana, son 20 ildəkilərin sadəcə  xronologiyasını  yazsam bir səhifəyə sığışmaz.  Heç sarsılmadım. Zamanım xərcləndi. İttiham etmirəm. Hər kəsin doğum proqramı fərqlidir. Bu qədər!

İlahi sevginin əlaməti insanın sevgili işlə məşğul olmasıdır.

Üç ildir ki, sevgili Övliya obrazında Azərbaycan-Türk şeiriyyatında, sözündə enerjini, titrəşimi, frekansları incələdim. Əvvəlki kitablara toxunmadan Övliyanı  yeni bir tərzdə  kuantum bilikləri ilə toplu şəkilində ortaya qoymaq qərarına gəldim.   Bu Azərbaycanda bir ilk olacaq. Həm şairlər, jurnalistlər, söz adamları, gənclər,  tələbələr, Ağasevərlər və arzulayan hər kəs üçün. Əsərin sifarişini üç il öncədən almışdım. Təşəkkür edib yazmaq öhdəliyi götürdüm.

 P.S.

Məcburi Köçkünlər və Qaçqınların  İşləri Üzrə Dövlət Komitəsi…

2019-2023-cü illər ərzində şəxsi təcrübədə  bu komitədə sözündən, vədindən o qədər sürətlə qaçmaq vərdişinin  şahidi oldum ki… Təfərrüata, təfsilata varmıram, ehtiyac duymadım. Qəlbimə bu komitənin adı assosasiyalı  sualla gəldi. Qaçqınkom yoxsa fəlakət dəllalxanası? Ailəmizə qanunda nəzərdə tutulan mənzili başqasına satmaq azmış kimi, üstəlik kirayə haqqını da ödəmirlər. Etiraz edirəm, deyirlər “niyə tənqid, şikayət edir?” Şikayət deyil, hekayətdir. Əcəba, təşəkkürmü etməliyəm zülmə? Elə hallar var ki, dözmək limitini tükəndirir.  Bu halı  ruh, qəlb deyir, söz yox. Ağıllı, hissiyyatlı  adamlar söz  əhlinə  şairə qarşı yamanlıq etməz. Şairə zülmün borcunu Allah ödəyər.

***

İnsan inamını gerçəkləşdirmək qabiliyyətində olan möcüzəli varlıqdır. Mənə zülm edəndə Allahın qəzəbi tutar, hissi uşaqlıqda varlığımda əminlik ruhu yaradıb. Yeri gəlmişkən, deyirəm: Çox şeyi satanı anladım, ancaq dost satanları yox. Nə isə... Mövzuya dönüm.

***

Yaxın aylarda qoşa müəllif imzası ilə, nəşr ediləcək Övliya kitabımız  Həzzin fəlsəfi, metafizik kitabı olacaq. Simvolik anlamlar, alleqoriyalarla süslü...

Sevgişünaslığın örnək kitabı.

XOŞUM GƏLMİR GÖZLƏRİNƏ GÖRÜNÜM,

XOŞUM GƏLMƏYƏNLƏRİN.

XOŞUM GƏLİR SÖZLƏRİNƏ BÜRÜNÜM,

FƏRQLİ DÜŞÜNCƏLƏRİN.

***

Çağdaş yəhudi varlığı –dünya uğrunda tarixi mübarizənin özətidir. 2023.

Nədir uzaqgörənlik, zamanı qabaqlamaq.

İndini, gələcəyi, keçmişlərdən ovlamaq.

Dünya proseslərin yönəltmək, cilovlamaq,

Müstəsna seçginliyə məxsus olan hünərdir,

Bəşəriyyət bilir ki, onlar yəhudilərdir!

“Uzaqları yaxından görənlər”   Bakı-2015  Nizami Süleymanoğlu.

 Bu kitab da yeni, genişləndirilmiş tərzdə işıq üzü  görəcək, İnşallah. Məncə, zülm edənlərə də, kitablarımı oğurlayanlara, sui-istifadə  ilə müəllif olaraq mənə külli miqdarda vəsait atanlara da  mesaj çatmalıdır.

***

Hadisəni  yazma tərzindəki üslub bəzən hadisədən çox təsir edir. Biri var maşını ilə qəza törədib piyada yolunda  insanın qolunu sındırıb. Zərərçəkən tərəfdən deyildi ki,  gəl söhbət edək, bəlanı uzatma! Cavab verdi ki, mən qəza törətməmişəm, vurmamışam. Təhqiqatçı kamera görüntüsünü ona göstərəndən sonra etiraf etməyə məcbur oldu. Zərərçəkənə vəkili vasitəsilə  zəng edib dedi ki, söhbət edək, çay içək, məsələni yoluna qoyaq. Mən də zərərçəkənin adından dedim ki, ona  çay içmək imkanı verilmişdi, itirdi. İş məhkəməyə keçdi. Zərərçəkən məhkəmənin  nəticəsini gözləyib icbari sığortasını alıb mənəvi, fiziki bir yana, heç olmasa maddi ziyanları ödəməyi düşünür. Kim deyir ki, haqq yoxdur. Var, sona qədər israr edib alanlar üçün.  Həyat gözəldir. İnsanlar doğumdan  iki cür  proqramlaşır. Özü  və insanlıq üçün yaşayanlar. Özü üçün yaşayanlar yalnız almağı bilir, verməyi yox. Ümumillik üçün yaşayanlar bəzən yaxşılıqları, fədakarlıqları ifrat edib Allahın işinə qarışırlar. Hər şey dengədə, tarazlıqda, balansda, müvazinətdə gözəldir. Sevginin cazibəsi  yerin cazibəsindən üstündür.

***

“Zidd qüvvələrə  qarşı mqavimət göstərməkdə ən yaxşı silah onların nələr edəcəyini  qabaqcadan bilməkdir. Bunu bilmək təşəbbüslərə və manevrlərə malik olmaq imkanları yaradır”.

Allah - təbiətin, cəmiyyətin, batini və zahiri aləmlərin var-yoxunu  bütövlükdə özündə əks etdirən Qüdrətdir. Sizinlə olsun, əziz oxucular!

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN