"MƏRKƏZİ BANKIN KOMMUNİKASİYA ALƏTİNDƏN MÜTƏMADİ İSTİFADƏSİ VACİBDİR"
Fevral ayındakı kəslin dollar tələbindən sonra xarici valyuta sifarişi yenidən stabilləşməkdədir.
Daha Oxu ...
AZƏRBAYCANDA NİYƏ PUL BAZASI AZALMAQDADIR? - SƏBƏBİNİ İQTİSADÇI AÇIQLAYIB
"Kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir" - iqtisadçıdan tövsiyə
***
Azərbaycanda pul bazası son üç ayda yenidən azalıb. Mərkəzi Bankın məlumatına görə, mart ayının ilk gününə ölkə üzrə pul bazası əvvəlki ay ilə müqayisədə 140 milyon manat azalaraq 20 milyard 131 milyon manata düşüb. Qeyd edək ki, iki aylıq azalmalara rəğmən, ümumi pul bazası əvvəlki ilin uyğun dövrünə nisbətən artıb.
TEZADLAR.AZ xəbər veriri ki, bunu Milli Məclisin deputatı, iqtisadçı ekspert Vüqar Bayramov bildirib.
İqtisadçı diqqətə çatdırıb ki, ili 20 milyard 875 milyon manatla başa vuran pul bazası yanvar ayının sonunda 20 milyard 271 milyona düşüb, yəni son 3 ayda pul bazasında hər ay əvvəlki aya nisbətən azalma qeydə alınıb.
Vüqar Bayramov vurğulayıb ki, pul bazasının kiçilməsinə Mərkəzi Bankın inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirləri də xüsusi təsir göstərməkdədir. O, pul bazasının genişlənməsinin və kiçilməsinin istehlak tələbinə təsirini də izah edib:
"Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir. Pul bazasının kiçilməsində Mərkəzi Bankın inflyasiya tələbinin optimallaşdırılması ilə bağlı tədbirlərı xüsusi təsirə malikdir. Belə ki, pul bazasının genişlənməsi tələbi artırır, kiçilməsi isə istehlak tələbini məhdudlaşdırır. İstehlak tələbinin azalması isə təklifin dəyişmədiyi halda anti-inflyasiya effektinə malik olur.
Valyuta bazarındakı volatillik də pul bazasına təsirsiz ötüşmür. Pul bazasının bazasının kiçilməsi real sektorun vəsaitə olan tələbinin ödənilməsi baxımdan arzuolunan deyil. Baza genişləndikcə, xərcləmələr və real sektorda tələb də yüksəlir. Bu da istehsal üçün daha çox imkanlar yaradır. Bu kontekstdən, pul bazasının optimallığı həm inflyasiya yaradıcı effektlərin tənzimlənməsinə, həm də real sektorun dəstəklənməsinə xidmət etməlidir. Buna görə də, pul bazasının optimallaşdırılması siyasəti real sektorun canlanmasını xüsusi təşviq etməlidir", - deyib.
Vüqar Bayramov sonda qeyd edib ki, bu baxımdan, kiçilmə deyil, optimallaşdırma siyasətinə üstünlük verilməlidir.
Y.Məmmədli
“BU, İQTİSADİ ADDIM OLSA DA, CİDDİ MƏNƏVİ MAHİYYƏT DAŞIYIR” – DEPUTAT
Artıq Sahibkarlığın İnkişafı Fondu tərəfindən “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək” mexanizmi
“İNDİYƏDƏK BƏRPAYA VƏ İNFRASTRUKTURUN YARADILMASINA 7 MİLYARDDAN ÇOX PUL XƏRCLƏNİB”
İşğaldan azad olunan ərazilərin iqtisadi potensialından istifadə etməklə biz bugünkü ümumi daxili məhsul istehsalına əlavə olaraq 40 faizə qədər güc qata bilərik və əlavə artım əldə edə bilərik.
AĞDAMDA SÜD ZAVODUNUN TİKİNTİSİNƏ BAŞLANILACAQ
İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Ağdam Sənaye Parkının rezidenti “Ağdam süd” MMC bu ilin may ayından zavodun tikinti işlərinə başlamağı planlaşdırır.