Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin məlumatına görə, turizm sektorunda (eləcə də ona bərabər tutulan sektorda) fəaliyyət göstərən sahibkarlıq subyektləri cari ildə ödənilməsi nəzərdə tutulan, 2021-ci ilin əmlak vergisindən azad ediliblər.

Tezadlar.az 24News.ge-ə istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib. Qərara əsasən, qeyd olunan güzəştdən 1200-dən çox vergi ödəyicisi faydalanacaq və onlar ümumilikdə 40 milyon lari dəyərində vergidən azad olunublar. Güzəştdən faydalanan fəaliyyətlərə aşağıdakılar daxildir: mehmanxanalar və oxşar yerləşdirmə obyektləri; istirahət və digər qısamüddətli yaşayış vasitələri; restoranlar və səyyar qida xidməti fəaliyyəti; içki xidməti fəaliyyəti; səyahət agentlikləri, tur operatorları və digər bron xidmətləri və əlaqəli fəaliyyətlər.