booked.netbooked.net booked.net  

İdxal-ixrac olunan məhsullarda, istehsal və saxlanma yerlərində fumiqasiya (zərərsizləşdirmə) tədbirləri davam etdirilir.

Fumiqasiya müxtəlif yoluxucu, həmçinin təhlükəli xəstəliklərin daşıyıcıları olan zərərverici həşəratların və digər zərərli orqanizmlərin məhv edilməsinə istiqamətlənmiş kompleks tədbirlərdir.

Aqrar Xidmətlər Agentliyinin Bitki Mühafizəsi və Fumiqasiya Mərkəzi tərəfindən fiziki və hüquqi şəxslərin müraciəti əsasında respublika ərazisində 12060.56 ton dənli və paxlalı bitkilərin məhsulları, yemlər, texniki yüklər, qurudulmuş meyvələr və digər materiallar (tütün, pambıq, biyan və digər karantin nəzarətində olan materialları),  48896.47 m3 meşə materialları (taxta altlıqlar (paletlər), qutular və s), 197427 m3 saxlanma yeri, 42 m3 yaş meyvə- tərəvəz (xüsusi kameralar və digər hermetik yerlər), 63000 m2 istixana ərazisi zərərsizləşdirilib.

Keçirilən fumiqasiya tədbirləri nəticəsində ölkə ərazisində, sahibkarlara məxsus istehsal və saxlanma yerlərində fitosanitar vəziyyət sabitləşmiş, idxal olunan məhsullarda zərərvericilərin ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısı alınmışdır.

Bildirilir ki, zərərsizləşdirmə tədbirləri karantin nəzarətində olan məhsulların becərilməsi, tədarükü, saxlanması, daşınması, emalı, satışı, habelə onların idxalı, tranziti və ixracı ilə məşğul olan hüquqi və fiziki şəxslər üçün məcburidir. Tələblərə riayət etməyən şəxslər fitosanitar tədbirlərin pozulmasına görə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Yüksək toksiki maddələr olduğuna görə qeyri-dövlət fitosanitar xidməti subyektləri tərəfindən fumiqasiya tədbirlərinin aparılmasına yol verilmir.

E.ŞİRİNOV        

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN