booked.netbooked.net booked.net  

Mənfəət və gəlir vergisi ödəyiciləri cari vergi ödəmələrini necə hesablamağı ilin əvvəlində seçməlidirlər. Mənfəət vergisi bəyannaməsi və fərdi sahibkarların gəlir vergisi bəyannaməsi illik əsasda təqdim olunur. Lakin bu o demək deyil ki, bu vergiödəyiciləri il ərzində heç bir ödəniş etməməlidirlər.

Mövzunu şərh edən maliyyə mütəxəssisi Vüqar Mirheydərovun sözlərinə görə, cari vergi ödənişləri haqqında arayış forması məhz bu məqsədlə tərtib olunub: “Arayışın vasitəsilə mənfəət vergisinin ödəyiciləri, eləcə də fərdi sahibkarlar rüb ərzində əldə etdikləri gəlirlərin və ödəyəcəkləri verginin məbləği barədə vergi orqanına məlumat təqdim edir. Bu model onda iştirak edən hər tərəf üçün sərfəlidir: həm büdcə vergi ödənişlərini il ərzində gözləməli olmur, həm də vergiödəyicisinə vergini təqribən bərabər hissələrlə ödəmək daha asandır. İl bitdikdən sonra isə illik mənfəət (gəlir) vergisi bəyannaməsi təqdim edilərkən hesablanmış və ödənilmiş vergi məbləğləri arasındakı fərq növbəti ilin mart ayının 31-dək əlavə olaraq ödənilir. Ödənilmiş avanslar verginin yekun dəyərindən çox olarsa, fərq vergi xidməti sistemində vergiödəyicisinin şəxsi hesabında qalır”.

V.Mirheydərov qeyd edib ki, cari vergi ödənişləri haqqında arayış Vergi Məcəlləsində müəyyən edilmiş üsullarla təqdim edilə bilər.

Vergiödəyicisinin cari vergi ödənişlərini hesablama üsulu il ərzində təqdim edəcəyi ilk arayışda seçilir və aprel ayının 15-dək vergi orqanına təqdim olunur.

E.ŞİRİNOV

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler


IMAGE
HƏFTƏBECƏR
Sali, 05 Mart 2024
By Elçin Məmmədli

Tezadlar Arxiv

İDMAN