booked.netbooked.net booked.net  

 Bəli, Azərbaycanın 44 günlük Zəfər müharibəsi nəinki Ermənistanın 30 illik işğalçılıq siyasətinə və "odda yanmaz, suda batmaz" saxta mifinə son qoydu, həm də Azərbaycanın hansı gücə və nüfuza malik olduğunu dünyaya göstərdi...

Düşmənin Qarabağda dağıtdıqlarını görənlər bilir ki, bərpa işləri hansı iqtisadi güc və siyasi səbr tələb edir. Amma Azərbaycan bunu bacarır, qurur, tikir və düşmənə dərs verərək irəliləyir... Qarabağda çəkilən bu yollar həm də düşmənə göz dağıdır. Budur, Laçın dəhlizinə alternativ yolun Ermənistan hissəsinin tikintisinə də başlanıldı. Yol tikintisi ilə eyni vaxtda üç podratçı məşğul olur. Artıq 6 gündür ki, torpaq işləri aparılır. Avqustun 25-dən sonra Ermənistanın Qarabağla əlaqəsi torpaq yol ilə təmin ediləcək. Yeni yolun ümumi uzunluğu 11,8 km olacaq. Tikinti işlərinin gələn ilin yazınadək başa çatdırılması nəzərdə tutulur. 

 Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyevin xüsusi tapşırığına uyğun olaraq bu yol tikintisi də "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin sədri Saleh Məmmədovun birbaşa nəzarəti altında həyata keçirilir. Agentliyin rəsmi saytının məlumatında da bildirilib ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikinti işləri artıq yekunlaşıb. Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

Bəli, Qarabağda, xüsusən də Ermənistan ərazisindən keçməklə çəkilən bu yollar düşmənin bağrından keçən cəza yoludur. Bu o deməkdir ki, tarixin bir günündə bu yollar Azərbaycanın qədim tarixi torpaqları olan İrəvandan da keçib Avropaya doğru uzanıb gedəcək...

 Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Qarabağda yeni icra olunan layihə imzaları ilə diqqəti çəkir...

 Artıq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan mühüm yol infrastrukturu layihələrindən biri də Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisidir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədovun rəhbərliyi ilə agentlik tərəfindən aparılan tikinti işləri artıq yekunlaşıb. Avtomobil yolunun tikintisi zamanı 7.3 milyon kub metr həcmində qazma-tökmə işləri, 1.3 milyon kub metr həcmində qaya partlatma işləri yerinə yetirilib, yeni yol yatağı və yol əsası inşa edilib. Dağlıq-çətin relyefə malik olan ərazidən keçən yol boyunca layihəyə uyğun müxtəlif süni qurğuların tikintisi də icra olunub. Belə ki, zəruri yerlərdə beton küvetlər tikilib, 17 yerdə müxtəlif diametrli dairəvi suötürücü boru, 36 yerdə müxtəlif diametrli plastik boru quraşdırılıb, uzunluğu 149.5 metr, eni 13.5 metr təşkil edən 4 aşırımlı avtomobil körpüsü inşa edilib. Daha sonra “İnşaat Norma və Qaydaları”na uyğun olaraq yol geyimi inşa edilib, asfalt-beton örtüyü döşənib, yol çiyinləri bərkidilib. Layihənin sonuncu mərhələsində yola üfüqi nişanlanma xətləri çəkilib, zəruri yerlərdə yol nişanları və mühafizə səddi (əyri-xətli dəmir tirlər, monolit dəmir-beton) quraşdırılıb. Bütün inşaat işləri tərtib olunmuş qrafikə uyğun və texnoloji ardıcıllığa riayət olunmaqla həyata keçirilib.

Xatırladırıq ki, Laçın şəhərinə daxil olmadan yeni avtomobil yolunun tikintisinə 2021-ci ilin iyul ayında başlanılıb. Yolun ümumi uzunluğu 32 km təşkil edir (bundan 10 km Ermənistan ərazisində yerləşir) və III texniki dərəcəyə uyğun inşa edilib. Yoxuşlarda 3, digər hissələrdə 2 hərəkət zolaqlı olan yolun layihə üzrə hərəkət hissəsinin eni 7-10.5 metr, torpaq yatağının eni 12-15 metr, çiyin hissələrin eni isə 2x2.5 (5 m) metr təşkil edir.

Hazırda Bərdə-Ağdam avtomobil yolunun da tikintisi sürətlə davam etdirilir. Bu yolun perspektivdə Xankəndi-Şuşa ilə birləşəcəyi günə isə az qalıb. Bütün bu işlər Qarabağ iqtisadi rayonun yaxın gələcəkdə hansı inkişaf mərhələsinə daxil olacağına bir işarədir. Təbii ki, görülən işlərin real bəhrəsi ən qısa vaxtda həm Azərbaycan büdcəsinə veriləcək iqtisadi-maliyyə mənfəəti ilə, həm də 30 il yurd həsrəti ilə çətin və həsrət dolu həyat sürmüş məcburi köçkünlərin Qarabağdakı firavan həyatında, bölgədə turizmin inkişafında özünü göstərəcək. Bütün bünlar isə Qarabağa doğru uzanan və Qarabağdan keçərək dünyaya istiqamətlənən yollardan keçir. Bu yolun çəkilişi daha böyük uğurların başlanğıcı deməkdir və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kollektivinin böyük zəhməti hesabına hasil olunmaqdadır. Elə millət vəkili Fazil Mustafanın bu yaxınlarda söylədiyi bir fikri diqqəti çəkir və hesab edirik ki, yuxarıda söylədiklərimizə bir dəstəkdir. Millət vəkili deyir: "Şuşaya ilk dəfə gedərkən çəkilən Zəfər yolunun rahatlığı diqqətimi çəkdi. Bir arada avtobusun kiçik bir fasilə üçün dayanmasından istifadə edərək yolun qalınlığına bir neçə yerdə diqqət yetirdim və anladım ki, bu yol uzunmüddətli çəkilib. Yəni məlum Bakı-Quba yolunun aqibətini yaşamayacaq. İndi də Bakı- Quba yolunu gedərkən aparılan genişmiqyaslı təmir işlərinə baxırdım. Avtomobili bir kənarda saxlayıb yenə də yolun çəkilş prosesini izləməyə başladım. Yenə də Şuşa yolundakı kimi bərkitmə işlərinin aparıldığını gördüm. Mühəndislərlə, işçilərlə söhbətləşdim. Asfaltın qalınlığı da eyni standartda idi. Qəribədir, illər öncə böyük vəsait ayırmaq hesabına mənasız yerə beton yolun çəkilməsi burada problemləri də özü ilə gətirdi. Hətta bildiyim qədər, yolun çəkilməsinə məsuliyyət daşıyan Cavid Qurbanov da beton yol versiyasına o zaman etiraz etsə də, hansısa məqsədlərlə bu yolun məhz beton üzərindən çəkilməsi qərarı qəbul olunmuşdu. Bizim iqlimdə beton yolun dayanıqlığı qısamüddətli olduğundan hər gün təmirə ehtiyacı olan bu yolun əziyyətini orada yaşayan əhali və turizm sektoru çəkirdi".

Fazil Mustafa deyib ki, indi təcrübəli mütəxəssis Saleh Məmmədovun rəhbərlik etdiyi "Azəravtoyol"un heyətinin dayanıqlı və uzunmüddətli yol inşa etdiyinin şahididir: "Kaş ki, əvvəlcədən qərar verənlər indiki kimi məsələyə sağlam düşüncə ilə yanaşaydılar. O halda, dövlətin bu qədər vəsaiti də hədər getməzdi. Bu gün yol çəkənlər bəlkə də zamanında səlahiyyət sahibi olsaydılar, belə qeyri-peşəkar yolun çəkilişinə imkan verməzdilər. Çünki hər dəfə turist firmalarının təmsilçiləri də harada rast gəlirdilərsə, şəxsimə şikayət edirdilər ki, Qubaya, Qusara, Xaçmaza turist aparmaq böyük əziyyətdir, yolun bərbad vəziyyətdə olmasına görə. Vahid Əhmədov da, bizlər də bu məsələni Milli Məclisdə qaldırmışdıq, sağ olsun ölkə rəhbəri, bu kimi çıxışları da nəzərə alaraq yenidən bu yolun qurulması tapşırığını verdi. İndi Bakı-Quba yolunun əsaslı şəkildə yenidən qurulması və təmiri bölgənin turizm potensialını bir neçə dəfə artıracaq. Bu isə bölgədə həm də insanların yoxsulluq səviyyəsinin azalması deməkdir. Xərclənən hər manat, hər dollar həm də vətəndaşın cibinə girən pul deməkdir. Əminəm ki, bu yolun çəkilişindən sonra təkcə Qubanın ağ almasını deyil, həm də gözəl yolunu vəsf edəcəyik".

Bəli, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi kollektivinin əməyinə verilən bu qiymət özünü həm də Qarabağdan keçən və Qarabağın bütün ərazilərini özündə birləşdirən bir yol infrastrukturudur. Bu yol gələcəyimizə, Azərbaycanın var gücü ilə dirçəltməyə çalışdığı Qarabağımızın işıqlı, inkişaflı sabahına olan inamın təsdiqidir!  

Elbar Şirinov

(Yazı Medjianın İnkişafı Ağentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır. İst.6.3.11)

 

 

Pin It

Ən son xəbər

SƏYAHƏT

Jurnalistler



Tezadlar Arxiv

İDMAN