Petropavlovskda bitki yağı, un və şəkərin qiyməti ucuzlaşıb.

Qazaxıstan KİV-nin məlumatına görə, hazırda qənd 500 təngəyə  (1,78 manata) satılır.

Belə ki, AMANAT partiyasının monitorinq qrupu Petropavlovskda (Şimali Qazaxıstan vilayətinin inzibati mərkəzi) ən böyük supermarketlərdən birində olub.

Reyd zamanı o da məlum olub ki, burada qarabaşaq, düyü və makaron da qeyri-məhdud miqdarda, lakin hər ailəyə kartof, soğan, kələm və yerkökü beş kiloqramdan çox satılmır. Kartofun kiloqramı isə 172 təngədən (0,61 manat) başlayır.

Xatırladaq ki, Qazaxıstanda hələ mart ayında inflyasiya 2016-cı ilin sentyabr ayındakı pik həddinə çatmışdı və bir ay ərzində 8,7 faizdən 12 faizə yüksəlmişdi.

Qazaxıstan Milli Bankın sədri Qalimcan Pirmatov da izah etmişdi ki, inflyasiyanın artması daha çox  ərzaq məhsullarına görə baş verib - qiymət artımı 10 faizdən 15,4 faizə yüksəlib və ay ərzində inflyasiya 5,8 faiz artıb.

Ölkədə illik qiymət artımı əsasən ağ kələm, şəkər, kartof, pomidor kimi mallarda qeydə alınmışdı.

Bank sədri əsassız qiymət artımının qarşısını almaq üçün pərakəndə qiymət artımına əməl olunmasına nəzarət etməyi məsləhət görmüşdü.

***

Qeyd edək ki, Azərbaycanda hazırda “Tac” firmasının 500 qramlıq kəllə qəndi 1.59 manata,  AzərŞəkər kəllə qəndinin 500 qramlığı 1,61 manata, AzərŞəkər kəsmə qəndin kiloqramı isə 2,19 manata satılır.

 

JASMİN

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA