Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) Türkiyə və Avropanı enerji ilə təmin edən qaz kəmərində terror aktının qarşısını alıb.

FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən (İƏM) bu gün TASS-a verilən məlumata görə, bunu Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə Ukrayna Təhlükəsizlik Xidmətinin (UTX) agenti hazırlayıb, o və onun dörd şəriki saxlanılıb.

"Federal Təhlükəsizlik Xidməti Ukrayna xüsusi xidmət orqanlarının Türkiyə və Avropanı enerji ilə təmin edən neft-qaz kompleksinin obyektində təxribat və terror aktı törətmək cəhdinin qarşısını alıb", - İƏM vurğulayıb. Anbardan iki əldəqayırma yüksək güclü kumulyativ partlayıcı qurğu götürülən zaman planlaşdırılan terror aktını törədən şəxs - UTX əməkdaşları tərəfindən Ukrayna ərazisində işə cəlb edilmiş 1978-ci il təvəllüdlü Rusiya vətəndaşı saxlanılıb.

“Bundan başqa, Ukrayna xüsusi xidmət orqanlarının dörd ortağı, təxribatın hazırlanmasını təmin edən Rusiya vətəndaşları da saxlanılıb”, - FTX bildirib.

UTX agentinin bu xidmətin kuratoru ilə yazışmaları və danışıqları ilə əlaqə vasitələri olduğu aşkar edildi, partlayıcı qurğunun yığılması və vəsaitlərin köçürülməsi üçün təlimatlar, partlayışın yerinin koordinatları tapıldı.

E.ŞİRİNOV