İqtisadi əlaqələrimizin əsas istiqamətlərindən biri nəqliyyat-tranzit sahəsi üzrə əməkdaşlıqdır.

 Bunu Azərbaycanın Çindəki ticarət nümayəndəsi Teymur Nadiroğlu iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişafından danışarkən bildirirb.

O qeyd edib ki,  Avropa ilə Asiya arasında yerləşən ölkə kimi Azərbaycan Avrasiya regionunun nəqliyyat və logistika sektoruna əhəmiyyətli töhfə verir: “Ölkəmiz "Bir kəmər, bir yol" təşəbbüsünün həyata keçirilməsində praktiki işlər görür. Bu baxımdan, Azərbaycanın təşəbbüskarı olduğu və həyata keçirdiyi Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin önəmli nəqliyyat qovşağına çevrilməsini mümkün edib”, - deyə Teymur Nadiroğlu bildirib.

O, vurğulayıb ki, bu dəhliz qısa müddət ərzində Çin və Avropanı birləşdirən önəmli marşruta çevrilib:

“Xatırlatmaq istərdim ki, cəmi bir neçə gün əvvəl – sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Sammiti çərçivəsində iki dövlət başçısının növbəti görüşü baş tutub. Si Cinpin Azərbaycan ilə Çin arasında əlaqələrin strateji tərəfdaşlıq xarakteri daşıdığını və yüksək səviyyədə inkişaf etdiyini bildirib. Azərbaycan Prezidenti "Orta dəhliz", "Bir kəmər, bir yol" layihələri çərçivəsində də əməkdaşlıq və tərəfdaşlıq üçün böyük perspektivlərin olduğunu vurğulayaraq, Azərbaycanın Çin ilə Avropa arasında nəqliyyat prosesində mühüm rol oynadığını və ölkəmizin nəqliyyat-logistika imkanlarının beynəlxalq yükdaşımalarında böyük əhəmiyyətə malik olduğunu bildirib”.

Xatırladaq ki, 2021-ci ilin gömrük statistikasına əsasən, Çin Azərbaycanın ən böyük dördüncü ticarət tərəfdaşı və üçüncü idxal mənbəyi ölkəsidir.

 Y.MƏMMƏDLİ

 

Pin It

GÜNDƏM

Jurnalistler


IMAGE
ƏN BÖYÜK AĞDAMLI...
Friday, 02 December 2022
By Asif MEMMEDOV
IMAGE
QOŞA "BEŞ"İN MÜBARƏK!
Monday, 28 November 2022
By Elman ELDAROĞLU

Vizual Xəbərlər

ÇOX OXUNAN XƏBƏRLƏR

MÜSAHİBƏ

QALEREYA